HAQQIMIZDA

METAFLIX- Sizə Filmlər haqqında Azərbaycan dilində ən dolğun məlumat verməklə yanaşı, Sizə eyni zamanda Kino aləmindən maraqlı və ən yeni filmləri izləmək şansı verir.

Bizim digər missiyamız isə insanlara kino aləminin müxtəlifliyini çatdırmaqdır.

Saytımızda müxtəlif yaş həddi və zövqə uyğun filmlər haqqında məlumatlar, xəbərlər və məqalələr tapmaq mümkündür. Bunun üçün yalnız internetin olması kifayətdir. Heç bir məbləğ ödəmədən siz METAFLİX –də qeydiyyatdan keçə bilərsiniz.

Biz istifadəçilərə maksimal dərəcədə geniş seçim imkanı veririk. Kataloqumuza ən son Hollivud, Bollivud, Avropa, Rus kinematoqrafçılarının çəkdiyi filmlər, Türk filmləri, müasir Azərbaycan filmləri, Klassik hitlər, Sovet filmləri, dünyaca məşhur seriallar və cizgi filmləri daxildir.

METAFLİX-İ digər saytlardan fərqləndirən ən əsas xüsusiyyət isə onun filmləri üç dildə - Azərbaycan, Rus, Türk və Orijinal dildə internet vasitəsi ilə tapmaq imkanıdır.

Saytımızın sizə təqdim etdiyi digər yenilik isə filmlərin dublyajında istifadə olunan dil üslubudur. Belə ki, METAFLIX bu vaxta qədər mövcud olan bütün stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə təqdim edir. Bu da filmlərin daha yaxşı qavranılmasına və mənimsənilməsinə kömək edir.

METAFLIX saytı Kompüter, Planşet və müxtəlif mobil cihazlar vasitəsilə dəstəklənir. Yəni istənilən film və ya televiziya şousunu bütün qurğularda qüsursuz izləmək mümkündür.